AZ

Türkiyə və Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişi təsdiq edilib

Bakı, TurkicWorld

Azərbaycan Respublikası və Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, bu barədə qərar Türkiye Resmi Gazete-də çap olunub.

Sazişdə iki ölkə arasında miqrasiya siyasətinin təkmilləşdirilməsi, qanunsuz miqrasiyaya qarşı birgə mübarizə, miqrantların hüquqlarının qorunması və miqrasiya axınlarının idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri vurğulanıb.

Qeyd edək ki, saziş 6 iyun 2024-cü il tarixində Ankara şəhərində Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Göç İdarəsi Başkanlığı ilə Azərbaycan Respublikası Hökumətinin Dövlət Miqrasiya Xidməti arasında imzalanmışdı.

Seçilən
14
turkic.world

1Mənbələr