AZ

Kilian Mbappe ən çox baxdığı televiziya serialından danışdı

İspaniya nəhəngi “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe sevimli televiziya serialı ilə bağlı sualı cavablayıb.

Arena.az məlumat verir ki, Mbappe bu barədə “Real”ın “YouTube” kanalında müsahibəsi zamanı ona ünvanlanmış sual əsasında fikrini bildirib:

“Bəyəndiyim və xatırladığın serial və ya filmmi? “Vikinqlər” – həqiqətən çox xoşuma gələn bir serialdır. Mən buna üç və ya dörd dəfə baxmışam”, deyə Mbappe vurğulayıb.

“Vikinqlər” – yaradılması və ssenari müəllifliyi Maykl Hörstə məxsus, Kanada-İrlandiya istehsalı olan tarixi bir dramdır. Bədii serialın hadisələri erkən orta əsrlərdə cərəyan edir və viking Raqnar Lodbrok və oğullarının taleyi haqqında danışır. Serialın ilk mövsümü 2013-cü ildə nümayiş etdirilib. Sonuncu, 6-cı mövsüm isə 2020-ci ildə ekranlara buraxılıb.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 35 oyuna çıxıb, 23 qol vurub, 4 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
97
14
arena.az

10Mənbələr