AZ

DİN-dən sürücülərə MÜRACİƏT (VİDEO)

Bakı. Trend:

Yağıntılı havalarda nəqliyyat vasitəsini yüksək sürətlə idarəetmək, lazımi ara məsafəsi saxlamamaq, yolun sürüşkən olması vəəyləc sistemindən düzgün istifadə etməmək qəzalara səbəb olur.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtda müxtəlif vaxtlarda müşahidəkameralarına düşən bu hadisələr bəzi sürücülərin belə havalardaqeyd edilən nüanslara diqqət yetirmədiklərini göstərir. Qəzalarınbaş verməsi və texniki nasaz nəqliyyat vasitələrinin yolda qalmasıisə qeyri-pik saatlarda belə, sıxlıq olmayan yollarda nəqliyyatınhərəkətində problemlər yaradır.

"Bəs hansı qaydalara əmək etmək tövsiyə olunur?

Sürücülər yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinintəkərlərinin, şüşə təmizləyicilərinin və işıqlandırma cihazlarınınsazlığını yoxlamalıdırlar. Hərəkət zamanı nəqliyyat vasitəsinimüəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə, hətta yolunsürüşkən vəziyyətini nəzərə alıb nisbətən aşağı sürətlə idarəetməli, ara məsafəsini isə daha böyük götürməlidirlər. Yağıntılıhavalarda yolda sürüşmə riski çox olduğundan təhlükəli manevrlərdənçəkinmək lazımdır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qarşıdakı günlərdə vəaylarda yağmurlu hava şəraitinin olacağını nəzərə alaraq,sürücüləri yollarda daha diqqətli olmağa və göstərilən qaydalaraəməl etməyə çağırır", - məlumatda qeyd edilir.

Məqalədə:
Seçilən
10
16
az.trend.az

10Mənbələr