AZ

Nazir canlı yayımda ağladı

Kolumbiyanın Ətraf Mühit Naziri Suzana Muhamad keçən həftə “YouTube” kanalı “Los Danilis”də yayımlanan xaotik kabinet iclası zamanı ağlaması görüntüləri yayılandan sonra istefa ərizəsini prezident Qustavo Petroya təqdim etdiyini açıqlayıb. Xanım nazirin kabinet həmkarı Armando Benedettini tənqid edərkən hissə qapıldığı deyilir.

“Bloomberg News” xəbərə verir ki, Suzana Muhamed prezident Petronun kabinet dəyişikliyinə hazırlıq üçün yaxın vaxtlarda digər nazirlərin istefalarını qəbul edəcəyini söyləyib.

Televiziyada canlı yayımlanan həmin görüşdə Suzanna Muhamad digər nazirlərlə birlikdə Benedettinin hökumətə qayıtmasına etirazlarını bildiriblər.

Seçilən
19
vaxt.az

1Mənbələr