AZ

Şolts Trampın fələstinliləri Qəzzadan didərgin salmaq təklifinə etirazını bildirdi

Hurriyyet.az xəbər TASS informasiya agentliyinə istinadla verir ki, Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzzada köçürmək planına qarşı çıxış edib. Almaniya kansleri Yaxın Şərqdə münaqişəni dayandırmaq və Fələstinlə İsrailin sülh şəraitində qonşuluğunu təmin eləmək üçün bütün imkanları səfərbər etməyə çağırıb. 

Şolts seçkiqabağı tədbirdəki çıxışında deyib: "Prezident Trampın təklifini tamamilə rədd edirəm. Biz Qəzza əhalisini Misir ilə İordaniyaya köçürməməliyik".

Tramp daha sonra deyib: "Qəzza sektoru tamamilə dağıdılıb. Bu yer qaydaya salınacaq. Biz varlı Yaxın Şərq ölkələrinin köməyi ilə oranı yenidən inşa edəcəyik".

Xatırladaq ki, fevralın 4-də, Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışırlardan sonra keçirilən mətbuat konfransında Tramp Vaşinqtonun uzun müddət ərzində Qəzza sektoruna sahib olub, "Yaxın Şərqin maraqları daxilində" oranı inkişaf etdirmək məsələsini nəzərdən keçirəcəyini bəyan etmişdi. Tramp regiondakı ərəb dövlətlərinin fələstinlilərin başqa ölkələrə köçürülməsinin xərclərini çəkə biləcəklərini, lazım gələrsə, ABŞ-ın Qəzzaya ordu yeridə biləcəyini söyləmişdi.

Ərəb dövlətləri, İran və bir neçə Qərb dövləti  Trampın bu ideyasına qarşı çıxış ediblər. Türkiyə Prezidenti R.T.Ərdoğan ABŞ-ın Qəzza ilə bağlı təkliflərinin diqqətə layiq  hesab etmədiyini söyləyib.

Hürr Tərcüman

Seçilən
10
1
hurriyyet.az

2Mənbələr