Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
QOL.az xəbər verir ki, siyahıda 499 klub yer alıb.
Onların arasında Azərbaycanın 4 təmsilçisi var.
"Qarabağ" 166,25 xalla 87-cidir. Ağdam komandası 6 pillə geriləyib.
Aktivində 103,25 xal olan "Zirə"nin mövqeyi dəyişməyib - 208-ci sıra.
"Sabah" 61 xalla 414-cüdür. Paytaxt təmsilçisi 14 pillə geriləyib.
"Turan Tovuz" isə 5 pillə geri düşüb. Bölgə klubu 53,75 xalla 499-cudur.