AZ

İsrail ordusu bir ayda 7 fələstinli jurnalisti öldürüb – WAFA


İsrail ordusu bir ay ərzində Fələstin media nümayəndələrinə qarşı onlarla cinayət törədib, onlardan 7-ni öldürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin Jurnalistləri Həmkarlar İttifaqına istinadla Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Bu ilin ilk ayı Qəzza zolağında və İordan çayının qərb sahilində Fələstin media nümayəndələrinə qarşı zorakılığın təhlükəli və davamlı artımı davam edib.
Həmkarlar İttifaqının bəyanatında deyilir ki, işğalçı qüvvələr baş verənlərlə bağlı həqiqəti gizlətmək məqsədi ilə 7 jurnalisti qətlə yetiriblər.
Təşkilat onu da qeyd edir ki, yanvar ayında jurnalistlərə qarşı çoxsaylı hücumlar, onların həbsi, peşə vəzifələrinin icrasına mane olmaq halları baş verib.
Bundan əvvəl Fələstin Jurnalistləri Həmkarlar İttifaqı İsraili həqiqəti və Fələstin xalqına qarşı cinayətləri gizlətmək və beynəlxalq hüququn kobud şəkildə pozulmasını təşkil etmək və mətbuat azadlığını təhdid etmək məqsədilə media işçilərini sistematik şəkildə təqib etməkdə ittiham etmişdi.
Seçilən
10
yeniavaz.com

1Mənbələr