AZ

Şolts Ukraynanın NATO-ya üzvlüyündən danışıb

Almaniya kansleri Olaf Şolts müxalifətdəki Xristian Demokrat İttifaqı (CDU)/Xristian Sosial Birlik (CSU) blokundan olan rəqibi Fridrix Merzlə teledebatda Avropanı münaqişəyə cəlb etməmək üçün Ukraynaya uzaqmənzilli silahların verilməsini rədd edib və ölkənin NATO-ya üzvlüyünə qarşı çıxıb.

Editor.az bunu “Ukrinform” a istinadla xəbər verir. “Biz Ukraynaya güclü orduya sahib olmaqda kömək etməliyik, çünki onun iqtisadiyyatı müdafiə üçün lazım olan böyüklükdə ordunu maliyyələşdirə bilmir. Razılaşdığımız təhlükəsizlik zəmanətləri ilə bağlı vacib olan ilk şey budur”, – Şolts deyib. Eyni zamanda o, müharibənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinin qarşısını almaq üçün Ukraynaya uzaqmənzilli silahların verilməsinə qarşı çıxıb.

NATO üzvlüyünün bir təhlükəsizlik zəmanəti olduğunu ifadə edən Şolts deyib: “Amerika hökuməti bunu rədd edir və mövcud vəziyyətdə belə bir variant görmür”. Ukraynanın Almaniyadakı səfiri Oleksiy Makeyev bəyan edib ki, alman partiyaları seçki kampaniyaları zamanı Rusiyadan gələn təhlükəni lazımi səviyyədə qiymətləndirməyiblər. O, hesab edir ki, Rusiya Avropaya və ilk növbədə Almaniyaya qarşı artıq müharibə elan edib. Bu kontekstdə o, Ukraynaya mümkün qədər dəstək olmağa və yardımı heç bir çərçivədə məhdudlaşdırmamağa çağırıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr