AZ

Nəsimi rayonu qazsız qalacaq - rəsmi XƏBƏRDARLIQ

Image

Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonunda qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədilə fevralın 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə C. Məmmədquluzadə, H. Ələsgərov, H. Sarabski, A. Qurbanov, Mərdanov qardaşları, N. Vəzirov, M. Sənani, A. Səhhət, N. Yusifbəyli, İ. İsmayılov küçələrində, Azərbaycan Dövlət Tibb Universiteti və 1 nömrəli xəstəxana ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mətləb






Seçilən
19
40
baki-xeber.com

10Mənbələr