AZ

Gəncədə pərakəndə ticarət dövriyyəsinin göstəriciləri - AÇIQLANIB - RƏQƏMLƏR

2024-cü il üzrə Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb.

FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə ötən il üzrə ümumilikdə Gəncədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard  559,5 milyon manatlıq, o cümlədən 884,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 675,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2023-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,5 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 13,3 faiz azalıb.

2024-cü ildə istehlak mallarının dəyər ifadəsində 21,4 faizi ticarət müəssisələri, 24,4 faizi bazar və yarmarkalarda, 54,2 faizi isə fərdi sahibkarlar tərəfindən satııb.

2023-cü il ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 1,0 faiz, fərdi sahibkarlar üzrə 12,7 faiz azaıb., bazar və yarmarkalar üzrə isə 59,5 faiz artıb.

Seçilən
20
28
fed.az

10Mənbələr