"Zəngəzurun aborigen əhalisi olan azərbaycanlılardan təmzilənməsinə 1918-1920-ci illərdə daşnak hökumətinin hərbi işlərinin rəhbəri, məşhur terrorçu Qaregin Yeqişeviç Njde (Ter- Arutunyan) başçılıq edib. Onun cinayət işi ilə əlaqədar olaraq həbs olunmuş Ohanes Akopoviç Dəvəçiyan 1947-ci il avqutun 28-də istintaq zamanı bunu etiraf edib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin sədr müavini Musa Qasımlı deyib: "İstintaqı Ermənistan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin 1-ci şöbəsinin bolmə rəisi, kapitan Qukasov aparıb. "Njde-Ter-Arutunyan Qaregin haqqında Sizə nə məlumdur" sualına cavabında deyib ki, Njde 1903-1909-cu illərdə Türkiyəyə göndərilmək üçün döyüşçülər hazırlayıb. 1912-1913-cü illərdə Balkan müharibələri zamanı məşhur xmbapet Andraniklə birlikdə türklərə qarşı könüllülər hazırlayıb. Birinci Dünya müharibəsi illərində Njde Rusiyaya, Qafqaza gəlib və türklərə qarşı erməni könüllü dəstələrinin təşkilində fəal iştirak edib. Ermənistanda daşnaklar zamanında daşnak hökuməti ondan hərbi məsələlərdə istifadə edib, Zəngəzurda hərbi işə rəhbərlik edib, əvvəlcə yerli azərbaycanlıların boğulmasında, sonra isə ərazinin azərbaycanlılardan təmizləməsi əməliyyatlarında istifadə edib".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta