AZ

Tramp ABŞ senti sikkə istehsalının dayandırılmasını əmretdi

Prezident Donald Tramp ABŞ Xəzinədarlıq Nazirliyinə qəpik sikkələrin zərb edilməsinin baha başa gəldiyinə görə buraxılmasını dayandırmağı əmr etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında yazıb.

"Birləşmiş Ştatlara 2 sentdən baha başa gələn qəpiklər zərb edir. Bu, çox israfçılıqdır! Mən Xəzinədarlıq katibinə Skott Bessentə yeni qəpiklər zərb etməyi dayandırmağı tapşırmışam. ABŞ-də büdcə vəsaitlərinin yersiz xərclənməsi dayandırılmalıdır".

Departamentin bildirdiyinə görə, 2023-cü maliyyə ilində ölkədə 4,5 milyarddan çox belə sikkə zərb edilib. Bu, Amerika vergi ödəyicilərinə 179 milyon dollara başa gəlib.

Türkan İSGƏNDƏRLİ

Seçilən
5
2
redaktor.az

4Mənbələr