AZ

Türkiyənin 22 vilayətində FETÖ-yə qarşı əməliyyat - 24 nəfər həbs olunub

Türkiyə Jandarmının FETÖ-yə qarşı son bir həftə ərzində 22 vilayətdə keçirdiyi “Kıskaç-38” əməliyyatlarında 45 şübhəli saxlanılıb.

Missiya.Az xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb.Bildirilib ki, şübhəlilərdən 24-ü həbs edilib, 8-i barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Digərləri ilə bağlı hələ proseslər davam edir."Millətimizin birlik və həmrəyliyinə, dövlətimizin bütövlüyünə, vətəndaşlarımızın hüzur və rifahına təhlükə yaradanlara qarşı qətiyyətlə mübarizəmizi davam etdiririk. Əməliyyatların koordinasiyasını həyata keçirən baş prokurorlarımızı və əməliyyatları həyata keçirən qəhrəman jandarmımızı təbrik edirəm", - Əli Yerlikaya vurğulayıb.Zərintac MayisqızıMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr