Şolts uzun mənzilli silahları Ukraynaya ötürməkdən və bu ölkəni NATO-ya qəbul etməkdən imtina edib...
Almaniyanın federal kansleri Olaf Şolts müxalifətdə olan CDU/CSU blokundan bu vəzifə uğrunda rəqibi Fridrix Mertslə teledebat zamanı Avropanı münaqişəyə cəlb etməmək üçün Ukraynaya uzaqmənzilli silahlar verməkdən imtina edib və respublikanın NATO-ya üzvlüyünə qarşı çıxıb.
Poliqon xəbər verir ki, bu barədə “Ukrinform” nəşri məlumat yayıb..
“Biz Ukraynaya güclü orduya sahib olmaqda kömək etməliyik, çünki onun iqtisadiyyatı müdafiə üçün lazım olan böyüklükdə ordunu maliyyələşdirə bilmir. Bu, bizim razılaşdığımız təhlükəsizlik zəmanətləri ilə vacib olan ilk şeydir”, deyə kansler bildirib.
Eyni zamanda Şolts müharibənin Rusiya və NATO arasında müharibəyə çevrilməməsini təmin etmək üçün Ukraynaya uzaqmənzilli silahların verilməsinin əleyhinə çıxış edib.
NATO üzvlüyünə təhlükəsizlik zəmanəti kimi toxunan Şolts qeyd edib ki, Amerika hökuməti bunu rədd edir və o, indiki vəziyyətdə belə bir variant görmür.
Poliqon.info