Polşada meşələrdən birində nadirən görülən qara canavara rast gəlinib.
Editor.az bu barədə CNN-ə istinadla yazır. “Bu, yeni və qeyri-adi bir şeydir”,- SAVE Wildlife Conservation Fund Polşanın layihə koordinatoru Joanna Toczydlowska deyib. Mütəxəssis əvvəlcə qunduzları araşdırmaq üçün kamera quraşdırsa da, sonradan qara canavarların dərədən keçən görüntülərini toplayıb. Polşada 13 ildir canavarların monitorinqi ilə məşğul olan mühafizə qrupu canavarları brakonyerlikdən qorumaq üçün meşənin yerini gizli saxlayır.
CNN-in məlumatına görə, Polşada sayı 2500-3000 arasında olan canavarların əksəriyyəti qırmızı və ya qara rəngli boz canavarlardır. Qara xəz çox güman ki, minlərlə il əvvəl əhliləşdirilmiş itlərdə baş vermiş genetik mutasiya nəticəsində yaranıb.
Reuters dekabrda yazıbki, 2025-ci ilin martından Avropada canavar ovlamaq mümkün olacaq. Avropanın heyvanlar aləminin və təbii yaşayış mühitinin mühafizəsi üzrə Bern Konvensiyasına əsasən, martın 7-də canavarların statusu “ciddi mühafizə olunan” statusdan “mühafizə olunan” statusa endiriləcək. Heyvanların statusunun dəyişdirilməsi kampaniyasının təşəbbüskarlarından biri də Avropa Komissiyasının sədri Ursula fon der Leyendir.
//Gülnarə Abasova, Editor.az