AZ

Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar məlum olub

Bakı, 10 fevral, AZƏRTAC

Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar məlum olub.

Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, tay-brekdə müvafiq olaraq Vüqar Əsədli və Əhməd Əhmədzadəni məğlub edən Teymur Rəcəbov və Rauf Məmmədov yarımfinala yüksəliblər.

Yarımfinalda Rəcəbov Məmmədovla, Şəhriyar Məmmədyarov isə Misrətdin İsgəndərovla mübarizə aparacaq.

Qadınların yarışında tay-brekdə Gövhər Beydullayeva Türkan Məmmədyarovanı mübarizədən kənarlaşdırıb, Günay Məmmədzadə isə Səbinə İbrahimovaya qalib gələrək mərhələ adlayıb. Digər oyunda Gülnar Məmmədova Xanım Balacayevadan üstün olub.

Yarımfinalda Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə, Günay Məmmədzadə isə Gülnar Məmmədova ilə qarşılaşacaq.

Seçilən
18
2
azertag.az

3Mənbələr