AZ

Azərbaycanda depozit portfeli son bir ildə 9,1% artıb

2025-ci il yanvarın 1-nə Azərbaycan banklarının depozit portfeli 37 milyard 696,6 milyon manat təşkil edib.

Fins.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Depozit portfeli aylıq müqayisədə 2 milyard 504,6 milyon manat (+7,1%), 2024-cü ilin əvvəli ilə müqayisədə isə 3 milyard 146,5 milyon manat (+9,1%) artıb.

Depozit portfelinin 14 milyard 147 milyon manatı xarici valyutada formalaşıb.

Bu göstərici aylıq müqayisədə 253,1 milyon manat (+2%), illik müqayisədə isə 790,7 milyon manat (+6%) artıb.

Fuad Mədətov
Fins.az

Seçilən
13
fins.az

1Mənbələr