58 yaşlı aktrisanın gözəllik sirri bu imiş - Hər gün….
Hollivud ulduzu Salma Hayek 58 yaşında gənc görünüşünü qorumağın sirlərini açıqlayıb. İllərə meydan oxuyan aktrisa Hayekin 5 addımda gənclik sirlərini gəlin birlikdə incələyək…
Qlobal.net bildirir ki, aktrisa heç vaxt botoks etdirmədiyini və bunun əvəzinə meyvə suyu detoksu, radio və mikro tezlik cihazları, sümük suyu və meditasiya kimi üsullarla dərisini və bədənini gənc saxladığını bildirib. O, stresli olduqda yeməyə yönəldiyini, ancaq arada qısa müddətli meyvə suyu detoksları edərək həm fiziki, həm də emosional balansını qoruduğunu vurğulayıb.
Hayek dərisini möhkəmləndirmək üçün radio tezlik və mikro tezlik texnologiyalarından istifadə edir və bunun meditasiya ilə birlikdə daha təsirli olduğunu qeyd edir. Bundan əlavə, hər gün bir qaşıq sirkə əlavə olunmuş sümük suyu içməyi vərdiş halına gətirib.
Keçmiş şəxsi məşqçisinə görə, Hayek formada qalmaq üçün kardio, yüksək intensivlikli interval və güc məşqləri edir. Aktrisanın ən sevdiyi idman növü isə üzgüçülükdür. Bu idman onun üçün həm əyləncəli, həm də bədənini formada saxlayan effektiv bir üsuldur.
Səbinə
Qlobal.net