Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində bürünc medal qazanıblar.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti yayıb.
Onur Quluzadə ilə Tunar Bağırov qoşa mübarizədə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə yarışda iştirak ediblər.