AZ

Qərb rejissorlarının sevimli sovet FİLMLƏRİ

Yazını böyüt
Yazını kiçilt

“LifeRBC” portalı Hollivudun ən tanınmış rejissor və aktyorlarının sevimli sovet filmlərini sıralayıb.

Hafta.az-ın yazdığına görə, Quentin Tarantino uşaq ikən dəfələrlə baxdığı “Amfibiya adam” filmini (1961, Vladimir Çebotarov və Gennadi Kazanskiy) ən çox sevdiyi əsərlər siyahısına salır. Tarantino filmin kinematoqrafiyasını yüksək qiymətləndirməklə yanaşı, aparıcı aktrisa Anastasiya Vertinskayanın çıxışından heyran qaldığını da deyib.

Tom Hanks və Stiven Spilberq “Durnalar uçanda” (1957, Mixail Kalatozov) filminə heyran olduqlarını bildiriblər. Hanks bu filmə baxarkən göz yaşlarını saxlaya bilmədiyini etiraf edərkən, Spilberq sovet kinosunun müharibənin kölgəsində ayrı-ayrı sevgi hekayələrini möhtəşəm şəkildə ələ aldığını ifadə edib.

Emir Kusturitsa "Unudulmuş əcdadların kölgəsi" (1964, Sergey Paracanov) filminin kino tarixinin ən təsirli əsərlərindən biri olduğunu desə də, Martin Skorseze və Frensis Ford Koppola "Mən Kubayam" (1964, Mixail Kalatazov) filmini o qədər bəyəniblər ki, onu yenidən tamaşaçılara təqdim ediblər.

Seçilən
1
1
hafta.az

2Mənbələr