AZ

Gəncə şəhərinə investisiya yatırımı 38% azalıb

2024-cü ildə əsas kapitala Gəncə şəhərində 107,0 milyon manat vəsait yönəldilib.

FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 38,1 faiz azdır

Əsas kapitala yönəldilmiş vəsaitlərin 52,7 faizi dövlət, 47,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 93,6 milyon manatı və ya 87,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub və 39,5 faiz azalıb.

Seçilən
2
fed.az

1Mənbələr