AZ

BANM-in 5 tələbəsi “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibi olub

Bakı, 10 fevral, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) I kurs tələbələri “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibi olublar. Onlar Sadiq Axundlu, Fidan Əfəndizadə, Aytac Əliyeva, Məhəmməd Kərimov və Anar Qurbanovdur.

BANM-dən AZƏRTAC-a bildirilib ki, Proqram Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Tələbələr aylıq təqaüd qazanmaq imkanı əldə ediblər.

Təqaüd proqramına ümumilikdə 306 nəfər müraciət edib, 23 nəfər qalib olub.

Seçilən
26
4
azertag.az

5Mənbələr