AZ

“Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına komək etməkdə qərarlıdır” - Rusiyanın Ermənistandakı səfiri

“Rusiya tərəfi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdə qərarlıdır”.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin deyib.

Onun sözlərinə görə, Moskva Ermənistan-Rusiya ikitərəfli dialoqunun gündəliyində regional təhlükəsizlik məsələlərinə əsas diqqət yetirir.

“Rusiya 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi üçtərəfli razılaşmaların inkişafında, o cümlədən, balanslaşdırılmış və qarşılıqlı məqbul sülh müqaviləsinin müddəalarının işlənib hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də ikitərəfli münasibətlərin bütün istiqamətlərdə normallaşdırılması üçün lazımi dəstəyi göstərməkdə qərarlıdır”, - deyə diplomat vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr