AZ

Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş"i təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə sənəd "Resmi Gazete"də dərc edilib.
Bildirilib ki, bu sənəd Azərbaycan və Türkiyə arasında 2024-cü il martın 6-da Ankarada imzalanıb.
Məlumat üçün qeyd edək ki, sazişin əsas məqsədi miqrasiya sahəsində hər iki dövlətin müvafiq qurumları arasında birbaşa əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi, habelə vətəndaşlarımızın qarşılıqlı səfərləri, yaşamaları, eləcə də əmək fəaliyyəti də daxil olmaqla miqrasiya idarəçiliyi ilə bağlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaratmaqdır.
Sənəd imzalandığı gündən qüvvəyə minib.
Seçilən
11
7
oxu.az

10Mənbələr