AZ

"Qarabağ"ın futbolçusu İspaniya klubuna keçə bilər

"Qarabağ"ın ukraynalı futbolçusu Aleksey Kaşuk komandanı tərk edə bilər.

"Qarabağ"ın ukraynalı vingeri Aleksey Kaşuk İspaniya La Liqasında çıxış edə bilər.

"Operativ Media" xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb.

Məlumatda adı açıqlanmayan İspaniya La Liqası klubunun Aleksey Kaşuku icarəyə götürmək istədiyi bildirilir. 

Qeyd edək ki, Aleksey Kaşukun "Qarabağ"la davam edən müqaviləsi var.

Seçilən
30
operativmedia.az

1Mənbələr