AZ

Siqaretin daha bir zərəri üzə ÇIXDI

Siqaretin ağız və diş sağlamlığına bir çox mənfi təsiri var. Mütəxəssislər siqareti tərgitməyin çox çətin bir proses olduğu ilə razılaşır, amma bu qətiyyətlə davam etdirilərsə uğurun mümkün olduğunu bildirirlər.

Redaktor.az Türkiyə mediasına istinadla xəbər verir ki, professor Şebnem Dirikan İpçi siqaretin diş əti sağlamlığına mənfi təsirləri ilə bağlı mühüm açıqlamalar verib.

“Siqaret diş ətinin sağlamlığına mənfi təsir göstərir. Bunun əsas səbəbləri diş ətinin qan axını azaltması, müdafiə hüceyrələrini zəiflətməsi, yaraların sağalmasını gecikdirməsi və toxumaların məhvinə səbəb olan iltihab məhsulların artmasıdır”.

 Onun sözlərinə görə, siqaretin təkcə diş əti sağlamlığını deyil, xərçəng və ürək-damar xəstəlikləri kimi sistemik xəstəlikləri də tətikləyir.

O, bu səbəbdən siqaret çəkənlərin erkən diaqnostika və müalicə baxımından daha tez-tez diş müayinəsindən keçmələrinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Professor deyib ki, son illərdə istifadəsi geniş vüsət alan elektron siqaretlər də oxşar mənfi təsirlərə səbəb olur. Həkim siqareti tərgidən kimi insan bədənində bütün xəstəlik risklərinin azaldığını bildirib.

O, həmçinin siqareti tərgitməyə qərar verməyin heç vaxt gec olmadığını vurğulayaraq, "Siqareti buraxan kimi bütün xəstəlik riskləri azalmağa başlayır. Bunun üçün ilk növbədə siqareti niyə atmaq istədiyinizi müəyyənləşdirin və siyahı hazırlayın. Sonra siqareti buraxma tarixini dəqiq müəyyənləşdirin və bu tarixə ciddi əməl edin" deyə təklif edib.

Vasif ƏLİHÜSEYN

Seçilən
16
redaktor.az

1Mənbələr