Çin Prezidenti Si Cinpin Qələbə Gününü Moskvada qeyd etmək üçün Rusiya liderinin dəvətini qəbul edib.
Bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov “Rossiya-24” telekanalının efirində bildirib.
"Çin Respublikasının Prezidenti Si Cinpin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak etmək dəvətini qəbul edib və öz növbəsində Vladimir Putini sentyabrın əvvəlində Çində keçirilməsi planlaşdırılan bayram tədbirlərinə dəvət edib", - o qeyd edib.
Xatırladaq ki, bu il Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi tamam olur.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az