Geomaqnit qasırğası fevralın 12-ə qədər davam edəcək. Bu barədə AzPost-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.
Bildirilib ki, 10 fevralda mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarınının təsiri ilə G1 (zəif) səviyyəli qasırğanın davam edəcəyi, 12 fevralda isə 08 fevralda baş vermiş Tac Kütlə Atılmasının təsiri gözlənilir.
Statistika göstərir ki, maqnit fırtınaları zamanı təcili yardım çağırışlarının sayı təxminən 20 % artıb. Eləcə də ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) G1 (zəif) səviyyəli geomaqnit qasırğasının Yerə təsir göstərə biləcəyini açıqlayıb. Qeyd olunub ki, bu proses kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, o cümlədən insanların sağlamlığına təsir edir. Belə ki, insan plazmasında ionların hərəkəti çoxdur. Maqnit fırtınaları da ionların artıb-azalmasına birbaşa təsir edir.