AZ

Türkiyənin 22 şəhərində FETÖ-yə qarşı əməliyyat: 45 şübhəli saxlanılıb

Türkiyənin 22 şəhərində FETÖ üzvlüyündə şübhəli bilinən  şəxslərə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə. Aksaray, Amasya, Antalya, Burdur, Bursa, Ərzurum, İstanbul, İzmir, Kahramanmaraş, Karabük, Kırıkkale, Konya, Kütahya, Malatya, Manisa, Mardin, Mersin, Ordu, Sakarya, Samsun, Trabzon və Yozqatda eyni saatda keçirilən əməliyyatlarla 45 nəfər saxlanılıb: "Onlardan 24-ünün ifadəsi alınıb və məhkəməyə sövq edilib. Məhkəmə haqlarında həbs qətimkan tədbiri seçib. 8-i ev dustaqlığına buraxılıb. Qalanlarının barəsində istintaq davam edir....".

Firudin Səfərli
MİA.AZ

Seçilən
4
1
mia.az

2Mənbələr