AZ

Azərbaycan turizminin dünyada təbliği üçün ölkə xaricində hansı addımlar atılır?

"Ölkəmizin 2024-cü ilin turizm statistikasında 2023-cü illə müqayisədə 26 faiz artım qeydə alınıb".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, hətta bu statistikada 2025-ci ilin yanvar ayında da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artım yaşanıb:

"Yəni turizm sezonu vaxtı olmasına baxmayaraq, 4 faiz artım olub. Təbii ki, bu gün Azərbaycanın turizm statistikası ürəkaçandır. Hətta deyərdim ki, bu, ölkəmizin turizm sektoru üçün böyük nailiyyətdir. Həm keçən ildəki 26 faiz, həm də cari ilin yanvar ayındakı 4 faiz böyük artımdır".

367384

Ekspert qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınması ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin nəticəsidir:

"Azərbaycanın beynəlxalq masalarda öz sözünü deməsi, suveren ərazilərini bərpa etməsi və ictimai asayişin yüksək səviyyədə qorunması ölkəmizə turist axınını mütəmadi etməyə əsas verir. 

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə də Azərbaycanın turizm ölkəsi kimi dünyada tanıdılması istiqamətində bir çox layihələr həyata keçirilir. Həmçinin, ölkəmizin turizm sektorunda olanlar da Azərbaycanı tanıtmaq üçün sərgilərdə iştirak edirlər".

Mütəxəssis onu da əlavə edib ki, Azərbaycan turizmini bütün dünyaya tanıtmaq üçün xüsusi proqramlar həyata keçirilir:

"Artıq Qarabağdakı turizm potensialını da tanıtmaq üçün tədbirlər planı icra olunmağa başlayıb. Hesab edirəm ki, yaxın gələcəkdə həm Qarabağı, həm də digər bölgələrimizi bütün dünyada ən yaxşı turizm zonası kimi tanıdacağıq. 

Ümumiyyətlə, Azərbaycana gələn hər turistə fərdi yanaşmaq çox vacibdir. Yəni ölkəmizdən gedən hər bir turist xoş təəssüratla ayrılması üçün çalışmalıyıq".

Pərviz

Seçilən
7
hit.az

1Mənbələr