AZ

İraqın şimalında 11 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi hava hücumları nəticəsində 11 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki məlumatında deyilir.

Xəbəri XQ “Anadolu”ya istinadən verib. 

Məlumata görə, 2025-ci il yanvarın 29-dan fevralın 7-dək İraqın şimalında PKK terror təşkilatının baza və mövqelərinə hava zərbələri endirilib.

“Hava əməliyyatları nəticəsində 7-si Qara bölgəsində, 4-ü Hakurk bölgəsində olmaqla ümumilikdə 11 PKK terrorçusu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələri terror təşkilatlarına qarşı qabaqlayıcı tədbirləri davam etdirir”, - Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

 

P.ƏMİRCANOV

XQ

 

 

 

Seçilən
7
xalqqazeti.az

1Mənbələr