AZ

Los-Ancelesdəki Baş Konsulluğumuz öz binasında fəaliyyətini bərpa etdi

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bir müddət öncə bərpa edib.

Bununla bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Xatırladaq ki, yanvarın 7-dən etibarən Los-Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar Baş Konsulluğumuzun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Konsulluğun fəaliyyəti distant qaydada həyata keçirilirdi.

Seçilən
8
45
qafqazinfo.az

10Mənbələr