AZ

Naxçıvanda bu tenderlər də ləğv edildi- SƏBƏBLƏR

Naxçıvan MR Dövlət Energetika Xidmətinin 110/35/10 kV Çeşməbasar yarımstansiyası üçün iki ədəd 16 MVA transformatorun və Naxçıvan MR Mədəniyyət Nazirliyinin Heydər Əliyev Muzeyi üçün havalandırma, isitmə və soyutma sistemlərinin alınması və quraşdırılması ilə əlaqədar elan etdikləri tenderlər ləğv edilib.

AzPost-un Pravda.az-a istinadən xəbərinə görə, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Bildirilib ki, birincinin ləğvedilmə səbəbi satınalmanın maliyyələşdirilməsinin dayandırılması, ikincinin ləğvedilmə səbəbi isə təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmamasıdır.

Tenderin toplam dəyəri 2 165 126 AZN olub.

Xatırladaq ki, “MİDA” MMC tender elan edir.

Banker.az xəbər verir ki, tenderdə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 619.513 AZN təşkil edir.

Bizi İnstagramda izləyin!

Seçilən
10
10
azpost.info

10Mənbələr