AZ

Putini "axmaq" adlandıran musiqiçi öldü: Polis evinə basqın edərkən...

Rusiya prezidenti Vladimir Putini “axmaq” adlandıran rusiyalı musiqiçi Vadim Stroykin polisin evinə basqın zamanı ölüb.

Publika.az xəbər verir ki, bu xəbəri dünyaya Rusiya insan haqları qrupu açıqlayıb.

Rusiyanın insan haqları təşkilatı “OVD-İnfo” bildirib ki, Ukrayna ordusuna ianə verdiyinə görə məhkəməyə verilən Vadim Stroykin Sankt-Peterburqda ölüb. Polis onun Peterburqdakı evinə basqın edib. Bildirilib ki, basqın zamanı başqa otağa keçən 59 yaşlı Stroykin 10-cu mərtəbədəki evinin pəncərəsindən özünü ataraq ölüb.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Seçilən
19
publika.az

1Mənbələr