AZ

"Barselona" La Liqada son 10 ilin ən məhsuldar mövsümünü keçirir

İspaniyanın "Barselona" klubu La Liqada son 10 ilin ən məhsuldar mövsümünü keçirir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, XXIII turda "Sevilya"nı 4:1 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi rəqiblərin qapısına 64 dəfə yol tapıb.

Bu, 2014/2015 mövsümündən bəri klubun ən yaxşı göstəricisidir. 10 il əvvəl "Barselona" 23 turdan sonra 67 dəfə fərqlənmişdi. 2014/2015 mövsümündə komanda La Liqada ümumilikdə 94 xal toplamış və rəqib qapılarına 110 qol vurmuşdu.

Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 48 xalla üçüncü pillədə qərarlaşıb. "Real" 50 xalla birinci, "Atletiko" 49 xalla ikincidir.

Seçilən
7
4
report.az

5Mənbələr