Hindistanın cənubunda Banqalordakı Yelahanqa hərbi hava bazasında “Aero India 2025” Beynəlxalq Aviasiya və Kosmos Sərgisi işə başlayıb.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
Qeyd olunub ki, sərgi çərçivəsində Nyu-Delhi hərbi avadanlıqların birgə istehsalı imkanlarını araşdırmaq və milyardlarla dollarlıq sövdələşmə variantlarını nəzərdən keçirmək niyyətindədir.
Tədbirdə, həmçinin Rusiya və ABŞ-nin beşinci nəsil iki perspektivli gizli qırıcısı - Rusiya “Su-57” və “Lockheed Martin (LMT.N) F-35 Lightning II” təqdim olunacaq.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, cümə gününə qədər davam edəcək tədbirdə 150-dən çox xarici şirkət iştirak edir. Təxminən 30 ölkənin müdafiə nazirləri və ya nümayəndələrinin gəlməsi gözlənilir.