AZ

Deputat: “Qərbi Azərbaycana qayıdışı uğurla yekunlaşdıracağıq”

“Qərbi Azərbaycan torpaqlarından mədəni irsimizi silmək cəhdləri Ermənistan dövləti tərəfindən planlı və məqsədyönlü şəkildə həyata keçirilən siyasətdir”.

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Qərbi Azərbaycan bərəkətli torpağı, göz yaşı kimi təmiz, saf bulaqları, mülayim iqlimi və əsrarəngiz gözəllikləri ilə hər kəsi valeh edən qədim türk yurdudur:

“Tarixən Azərbaycan mədəniyyətinin, memarlıq incilərinin məbədi hesab olunan əzəli yurdumuz Qərbi Azərbaycan bu gün acı talehin hökmü ilə öz sahiblərindən uzaqda qalıb.

Çar Rusiyasının türk dünyası arasında fiziki əlaqələri kəsmək və Azərbaycan torpaqları hesabına imperiyanın maraqlarına xidmət edəcək erməni dövlət qurmaq istəyi XIX əsrdən etibarən reallaşdırılmağa başlanıldı. İrandan və Osmanlı ərazisində minlərlə erməni ailəsi İrəvan Xanlığına və ətraf ərazilərə köç etdirildi”. 

Millət vəkili vurğulayıb ki, təkcə 1828-1830-cu illərdə Osmanlı ərazisindən 84 min, İran ərazisindən isə 40 min erməni Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırıldı:

“İki əsri əhatə edən demoqrafik tərkibi dəyişmək siyasətinin və məcburi köçün acı mənzərəsi bu şəkildədir.

1987-ci ildə İrəvan quberniyası əhalisinin 37 %-ni Azərbaycanlılar təşkil edirdi. 1926-cı ildə isə bu rəqəm 11,9 %-ə endirildi. 1989-cu il deportasiyasından sonra isə Qərbi Azərbaycan torpaqlarında bir nəfər belə Azərbaycanlı qalmadı. Lakin tarixi faktlar silinmir, hər zaman öz aktuallığını qoruyur”. 

Günay Ağamalı diqqətə çatdırıb ki, Qədim yurdumuzun hər dağında, daşında bizlərin izləri və mədəni irsimiz yaşayır:

Ancaq onların cəhdlərinə baxmayaraq, 44 günlük Vətən müharibəsində olduğu kimi hüquqi müstəvidə həyata keçirdiyimiz Qərbi Azərbaycana qayıdış prosesini də uğurla yekunlaşdıracağıq və tarixi ədaləti bərpa edəcəyik”.   

Seçilən
10
cebheinfo.az

1Mənbələr