AZ

Nauseda: Baltikyanı ölkələr enerji sistemini Avropaya inteqrasiya etdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda ölkəsinin Belarus və Rusiyanın enerji sistemindən ayrılaraq Avropa şəbəkəsinə qoşulduğunu elan edib. O, sosial şəbəkədə paylaşdığı videoda "Əlvida, Rusiya, əlvida, Lenin" sözlərini səsləndirib.

Fevralın 9-da Nauseda Estoniya, Latviya və Litvanın Avropanın qitə enerji zonasına qoşulduğunu bildirib. O, bu hadisəni Polşa, Baltikyanı ölkələrin liderləri və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birlikdə qeyd edib.

Rusiya XİN sözçüsü Mariya Zaxarova isə Baltikyanın Rusiya və Belarusla vahid enerji sistemindən çıxmasını bu ölkələrin müstəqil və firavan olma potensialının məhv edilməsi kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr