AZ

Kazemiro Türkiyə nəhənginə keçir - Sabah axşama kimi...

İngiltərədə transfer pəncərəsinin bağlanmasına baxmayaraq, "Mançester Yunayted"in ulduz yarımmüdafiəçisi Kazemironun klubunu dəyişdirmək şansı yaranıb.

Fanat.Az xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb.

Mənbənin məlumatına görə, 32 yaşlı braziliyalını satmaq istəyən "qırmızı şeytanlar"ın köməyinə Ole Qunnar Sulşerin rəhbərlik etdiyi "Beşiktaş" gələ bilər. Türkiyədə transfer pəncərəsi çərşənbə axşamı, fevralın 11-i axşam bağlanacaq. Son vaxtlar “Old Trafford”da az oyun şansı qazanan futbolçunu almağa iddialı klub məhz mankunianların əfsanəsinin çalışdırdığı İstanbul nəhəngidir. "Transfermarkt" yarımmüdafiəçinin dəyərini 12 milyon avro qiymətləndirir.

Kazemiro dekabrın 4-dən bəri İngiltərə Kubokunda "Lester" üzərində son 2:1 qalib gəldikləri oyundakı bir dəqiqə də daxil olmaqla, cəmi 5 matçda (2-si start heyətində) meydana çıxıb. Ümumilikdə o, bu mövsüm 24 oyun keçirib, 3 qol vurub və 3 sarı vərəqə alıb.

Mirağa

Seçilən
1
fanat.az

1Mənbələr