AZ

Batumi limanında Trans-Xəzər marşrutu ilə Qazaxıstan ammofosu aşırılıb

Astana, 10 fevral, AZƏRTAC

“Batumi dəniz limanı” MMC ilk dəfə 3 min ton Qazaxıstan ammofosunun aşırılması prosesini həyata keçirib.

AZƏRTAC “KazTransOil” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu mineral gübrənin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Batumi limanı vasitəsilə ixracı ilk dəfə reallaşdırılıb.

Qazaxıstan ammofosunun Batumiyə çatdırılması üçün miltimodal daşımadan istifadə olunub. Yük “Kazfosfat” şirkəti tərəfindən göndərilib.

Cari ildə “Batumi dəniz limanı” MMC 50 min ton Qazaxıstan ammofosunun aşırılması prosesini həyata keçirməyi planlaşdırır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
8
azertag.az

1Mənbələr