AZ

Taleh Kazımov: "Azərbaycanda maliyyə alətləri şaxələndiriləcək"

Bu il Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə alətlərinin şaxələndirilməsi istiqamətində tədbirlər görəcək.

Bunu AMB-nin sədri Taleh Kazımov Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development Report -- WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

Bundan başqa, onun sözlərinə görə, il ərzində dayanıqlı maliyyə alətlərinin sayının artırılması, pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində işlər həyata keçiriləcək.

"Uzunmüddətli perspektivdə bu tədbirlərin həyata keçirilməsi innovativ sahibkarlıq ekosisteminin yaradılması üçün çox böyük əhəmiyyət kəsb edir. AMB-nin əsas rolu makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığının təmin edilməsidir ki, bu istiqamətində də işlər davam etdiriləcək", - deyə sədr əlavə edib.

Seçilən
22
6
aznews.az

7Mənbələr