AZ

Quşlarla toqquşan təyyarə təcili eniş etdi

İngiltərənin “Gatwick” hava limanından qalxan sərnişin təyyarəsi, qısa bir müddət sonra iki qu quşunun çırpılması səbəbindən təcili eniş etmək məcburiyyətində qalıb.

"Cebheinfo.az" xəbər verir ki, pilotlar saatda 300 kilometr sürətlə hərəkət edən təyyarənin iki qu quşuna çırpılması nəticəsində ön şüşənin çatlamasından sonra təcili eniş çağırışı ediblər.

Hadisə zamanı təyyarənin elektron sistemi də daxil olmaqla ciddi ziyan gördüyü və pilotların ön şüşədən xaricə baxa bilmədikləri üçün eniş zolağında kömək tələb etmək məcburiyyətində qaldıqları bildirilib.

İngiltərədə quş çırpması geniş bir problem kimi tanınarkən 2022-ci ildə hazırlanan bir hesabat, il ərzində 1400-dən çox quş çırpması hadisəsinin qeydə alındığını ortaya qoyub.

Rəsmi şəxslər, çox vaxt ciddi ziyanın baş vermədiyi lakin bu qəzalardan motor yangınlarına və təcili enişlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Seçilən
9
cebheinfo.az

1Mənbələr