AZ

Rusiya səfiri Türkmənistanın neytrallığına hörmət etdiyini bildirib

Rusiya tərəfi Türkmənistanın neytrallığına böyük hörmətlə yanaşır.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Rusiyanın Aşqabaddakı səfiri İvan Volınkin “Neytral Türkmənistan” rəsmi qəzetində dərc olunan məqaləsində bildirib.

 

"Qeyd etmək istərdim ki, Rusiya Türkmənistan rəhbərliyinin seçdiyi xarici siyasət kursuna həmişə böyük hörmətlə yanaşıb", - o deyib.

 

Səfirin sözlərinə görə, 2025-ci ildə Türkmənistan BMT tərəfindən iki dəfə tanınan daimi neytrallığının 30-cu ildönümünü qeyd edəcək. O əlavə edib ki, bu yanaşma bütün dünyada sabitliyi və geosiyasi tarazlığı təmin edir.

 

Volınkin vurğulayıb ki, Moskva ilə Aşqabad arasında münasibətlər həmişə möhkəm təməl üzərində qurulub. Arqument kimi o, tərəflər arasında 2022-ci ildə dərinləşdirilmiş strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasını göstərib. Rusiya səfiri Rusiya Federasiyası ilə Türkmənistan arasında Mərkəzi Asiyada və dünyada təhlükəsizlik sahəsində əlaqələrin daha da inkişaf etdiyini bildirib.

 

Nigar

 

Seçilən
1
1
oxu24.com

2Mənbələr