AZ

Neft çəni partladı - Dəhşətli görüntülər

Cənubi Koreyanın Ulsan şəhərində "Koreya Birləşmiş Terminal" zavodunda partlayış baş verib. 

Söz.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. 

Məlumata görə, zavodda neft saxlama çəni partlayıb. Hadisə zamanı 2 işçi yaralanıb. 

Təcili yardım briqadaları xəsarət alanları xəstəxanaya çatdırıblar. 

Hazırda hadisə yerində 93 təcili xidmət əməkdaşı və 40 texnika işləyir. Mütəxəssislər yanğının daha da genişlənməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görür. 

Yanğın mənbəyinin yaxınlığında daha beşə yaxın neft anbarı yerləşir.


Seçilən
16
soz.az

1Mənbələr