2025-ci ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda bankomatların sayı 3 304 ədədə çatıb.
Fins.az Mərkəzi Bankın aylıq statistik bülleteninə istinadən xəbər verir ki, bunlardan 1 772-si Bakıda, 1 532-si isə regionlarda yerləşir.
İllik müqayisədə ölkədə bankomatların sayı 192 ədəd (6,2%), Bakıda 151 ədəd (9,3%), regionlarda isə 41 ədəd (3%) artıb.
Fuad Mədətov
Fins.az