HƏMAS Siyasi Bürosunun üzvü ABŞ prezidentinin Qəzza zolağı ilə bağlı son bəyanatlarını pisləyib.
HƏMAS Siyasi Bürosunun üzvü ər-Rişq ABŞ prezidentinin Qəzza zolağı ilə bağlı son bəyanatlarını pisləyib və bunları “absurd” və “Fələstin və region haqqında dərin məlumatsızlıq” adlandırıb. “Qəzza zolağı alına və satıla bilən mülk deyil, o, bizim Fələstin torpaqlarımızın ayrılmaz hissəsidir… Fələstin xalqı bütün köçkünlük və deportasiya planlarını puça çıxaracaq”, – o əlavə edib.