AZ

Rusiya XİN: Danışıqlar üçün əlverişli təkliflər almamışıq

Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün Kremlə hələlik əlverişli təklif gəlməyib...

Poliqon Reuters-ə istinadən xəbər verur ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Vaşinqtonun Ukrayna məsələsində irəliləyiş əldə etdiyi barədə fikir bildirən ABŞ prezidenti Donald Trampın sözlərini şərh edərkən deyib.

"Sözlərin Rusiyanın qanuni maraqlarını nəzərə alan, böhranın köklü səbəblərini aradan qaldırmağa hazır olduğunu nümayiş etdirən və yeni reallıqları tanıyan praktiki addımlarla dəstəklənməsi vacibdir. Hələlik bizə bu cür konkret təkliflər daxil olmayıb", deyə Qaluzin bildirib.

Nəşr qeyd edib ki, son günlər Vaşinqton və Kremldən Ukraynaya qarşı müharibəyə son qoymaq üçün Trampla Putin arasında mümkün danışıqlar barədə çoxlu ziddiyyətli və ya ehtiyatlı xəbərlər gəlib.

Xatırladaq ki, bir neçə gün əvvəl Tramp Putinlə danışdığını və yeni danışıqlar gözlədiyini bildirmişdi.

Tramp dəfələrlə müharibəni bitirmək istədiyini və Putinlə görüşərək bu məsələni müzakirə edəcəyini bildirib. Dünən Tramp jurnalistlərə açıqlamasında Putinlə uyğun vaxtda görüşəcəyini bildirib.

Cümə günü Tramp deyib ki, o, yəqin ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə müharibəyə son qoyulmasını müzakirə etmək üçün yaxın gələcəkdə görüşəcək.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr