Yazını böyüt
Yazını kiçilt
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, “hər bir radikal QHT-nin arxasında bir radikal donor dayanır”.
Hafta.az-ın yazdığına görə, bu barədə Papuaşvili sosial şəbəkədə yazıb və “Transparency International – Georgia” yazısını paylaşıb.
“Hər radikal QHT-nin arxasında bir radikal donorun dayandığını ABŞ-ın yeni administrasiyası bu günlərdə ifşa etdi. O cümlədən, Transparency International USAID və İsveç hökuməti tərəfindən maliyyələşdirilir”, - Şalva Papuaşvili sosial şəbəkədə yazır.