AZ

Azərbaycan klubları Avropada neçəncidir?

İFFHS-in klubların dünya reytinqində yer alan Azərbaycan komandalarının Avropadakı mövqeləri bəlli olub.

İdman.biz xəbər verir ki, cədvəldə yer alan planetin 504 ən yaxşı klubundan 287-si Avropanı təmsil edir.

Onlardan da 4-ü Azərbaycan komandasıdır. Avropa klubları arasında 60-cı olan “Qarabağ” 166,25 xala malikdir. 103,25 xalı olan “Zirə” 123-cüdür. “Sabah” 61 xalla 236-cı, “Turan Tovuz” 53,75 xalla 284-cü sıradadır.

Qeyd edək ki, dünya sıralamasında “Qarabağ” 87-ci, “Zirə” 208-ci, “Sabah” 414-cü, “Turan Tovuz” 499-cudur.

İdman.biz

Seçilən
7
idman.biz

1Mənbələr