Bakı. Trend:
İnzibati nəzarət zamanı müəyyən edilən hüquq pozuntuları vənöqsanların aradan qaldırılması və ya təkrar törədilməsininqarşısının alınması məqsədilə ayrı-ayrı bələdiyyələrə müxtəlifməsələləri (vətəndaş məmnunluğunun yüksəldilməsi, bələdiyyəaktlarının qəbulu, debitor və kreditor borclarının dəqiq uçotununaparılması, vergi və ödənişlərin toplanılmasında nəzarətingücləndirilməsi, yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi,büdcə vəsaitlərindən istifadə, yerli vergilərin hesablanması,bələdiyyə torpaqlarının idarə olunması, şəffaflığın təmini və s.)əhatə edən tövsiyələr hazırlanaraq göndərilib.
Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin Regional məsələlərkomitəsinin bu gün keçirilən iclasında müzakirə edilənbələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirənorqanın illik məruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.
Məruzəyə əsasən, il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu(bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirənorqanın fəaliyyətinə mane olma) maddəsi ilə 103 inzibati xətahaqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, həminprotokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələrtərəfindən inzibati məsuliyyətə cəlb edilib, 15 inzibati xətaprotokoluna xitam verilib və 11-i isə hazırda məhkəmələrinicraatındadır.
Bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyatakeçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdənsonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının,habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindəntörədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəthaqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibatinəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AzərbaycanRespublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-cimaddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanınınsəlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.